Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi


25.09.2021  10:15 

Bu gün və sabah - hava necə olacaq?





A+  A-

İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən XəzərNews-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19° isti, gündüz 21-23° isti olacaq.

Sentyabrın 26-da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək, səhər arabir güclənəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-21° isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 25-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-25° isti, dağlarda gecə 5-9° isti, gündüz 10-15° isti olacaq.

Sentyabrın 26-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Səhər dağlarda duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 22-26° isti, dağlarda gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.

Xəbər 2360 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +