Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


12.05.2021  12:49 

“Deputatların maaşı müəllim və həkimlərinkindən yaxşı olmamalıdır”





A+  A-

“Qanunverici hakimiyyətlə icraedici hakimiyyətin səlahiyyətlərini qarışdırmağa ehtiyac yoxdur. Deputatların öz işlərini həyata keçirmək üçün kifayət qədər səlahiyyətləri var. Yəni deputatların ən əsas işi seçicilərin problemlərinin həllidir. Eyni zamanda, onların vəziyyətlərinin yaxşılaşdırılmasıdır”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a deputat, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. Deputatların maaş məsələsindən danışan millət vəkili bildirib ki, deputatlar icra strukturları və hökumət üzvlərinə sorğu göndərmək, ölkədəki müvafiq məsələlərlə bağlı ümumi vəziyyəti öyrənmək səlahiyyətlərinə və ona təsir etmək imkanlarına malikdirlər:

“Hakimiyyət bölgüsünə diqqətlə yanaşmaq lazımdır. Deputatlar icra funksiyalarına malik deyillər. Onlar qanunvericilik funksiyaları ilə yanaşı, müəyyən qədər körpü rolunu da oynayır.

Seçicilərin şikayətlərini ifadə etmək imkanlarına malikdirlər. Mənə elə gəlir ki, deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən, imkanlarından qat-qat yaxşı olmamalıdır. Onlar uyğunlaşmalıdır. Bu, ölkənin orta maaş səviyyəsi ilə bağlıdır”.

Xəbər 2080 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +