Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!


15.01.2024  11:28 

Fermerlərin bazara yolunu kimlər bağlayır?





A+  A-

“Bu gün fermerlərin əsas problemlərindən biri də bazara birbaşa çıxışlarının olmamasıdır. Bu səbəbdən onlar məhsullarını bazara çıxara bilmirlər. Əvəzində iş adamları onların yetişdirdiyi məhsulu alıb istehlakçılara daha baha qiymətə satır. Yəni, fermerlərlə müqayisədə iş adamları onların məhsulundan daha çox qazanc əldə edir”.

Xəzərnews.az xəbər verir ki, bunu Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, ​fermerlərin birbaşa bazara çıxışı üçün onlara sözügedən ticarət mərkəzləri ilə müqavilə bağlamaq imkanı yaradılmalıdır:

“Ölkə əhalisinin az qala 40-44 faizi Bakıda yaşayır. Ona görə də əsas bazar paytaxtda yerləşib. Bu gün Bakıda ənənəvi bazarlar demək olar ki, qalmayıb. Ənənəvi bazarları marketlər şəbəkəsi əvəzləyib ki, hər birinin də kənd təsərrüfatı məhsullarının satıldığı ayrıca bölmələri var. Məhsul istehsal edən fermerlərin isə birbaşa həmin şəbəkələrə çıxış imkanları yoxdur. Bir neçə ara şirkət fermerlərin məhsulunu alıb, həmin marketlərə satışa təqdim edir. Nəticədə aqrar sahədə çalışanlarla müqayisədə onlar daha çox qazanırlar. Fermerlərə marketlər şəbəkəsinə birbaşa çıxış imkanları yaradımalsa, problem öz həllini tapacaq”.

Xəbər 4969 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +