Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib


22.12.2023  05:13 

Çexiyada matəm elan edilib





A+  A-

Çexiya hökuməti dekabrın 23-ü Praqadakı Karlova Universitetinin fəlsəfə fakültəsində baş vermiş atışma nəticəsində həlak olanların xatirəsinə matəm günü elan etmək qərarına gəlib.

Xəzərnews.az xəbər verir ki, bunu respublikanın Baş naziri Petr Fiala Nazirlər Kabinetinin fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Hökumət həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verən qətnamə qəbul edib. Dekabrın 23-də faciə qurbanlarının xatirəsinə dövlət matəm günü elan edilib. Saat 12:00-da (Bakı vaxtı ilə 15:00-da - red.) bütün vətəndaşlardan qurbanları bir dəqiqəlik sükutla yad etməyi xahiş edirəm”, - Fiala bildirib.

Nazirlər Kabinetinin fövqəladə iclasında iştirak etmək üçün iş proqramını ləğv edən respublika Prezidenti Petr Pavel universitetdə baş verən atışmanın “Çexiya tarixində ən faciəli hadisə” olduğunu bildirib.

Qeyd edək ki, Praqada Karlova Universitetinin fəlsəfə fakültəsində baş verən atışma nəticəsində hücumçu da daxil olmaqla azı 15 nəfər ölüb, daha 24 nəfər yaralanıb./Report

Xəbər 2577 dəfə oxunub.



26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +