Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


22.02.2023  14:36 

Akif Çovdarov, “Broker Əbülfəz”lər buraxılır, amma...





A+  A-

“Azərbaycanda həbs edilən nüfuzlu adamların sonralar azadlığa buraxılması dəfələrlə təkrar olunub. Özü də bu, ağır cinayətlər törətmiş şəxslərə münasibətdə özünü büruzə verib”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev deyib.

O, son dönəmlər Azərbaycanda həbs olunan yüksək ranqlı məmur təbəqəsinin bir neçə ildən sonra azadlığa buraxılması məsələsini şərh edib:

"Humanist addımlar atılmalıdır. Ancaq baxır kimlərə qarşı. Məsələn, insanlara qarşı ayrı-seçkilik ediləndə bu, artıq cəmiyyətdə birmənalı qarşılanmır. İnsanlar var ki, ifadə və fikir azadlıqlarına görə həbsə düşürlər, amma bu, yüngülləşdirmə onlara tətbiq olunmur, həbsdə qalırlar.

Akif Çovdarov, yaxud “Broker Əbülfəz” kimi tanınan şəxslərin cəzalarının qalan hissəsinin yüngülləşdirilməsi cinayətlərin qarşısının alınması ideyasına ziddir. Çünki hər bir insan cinayət etməzdən qabaq başa düşməlidir ki, bunu etsə, məsuliyyətə cəlb oluna bilər. Ancaq görəndə ki, onun əməlinə oxşar əməlləri törətmiş şəxsləri sonradan azadlığa buraxıb əmlaklarını geri qaytarırlar, onda bu, artıq cinayətin qarşısının alınmasında böyük manelələr yaradır”.

Ə. Mustafayev deyib ki, insanları cinayət törətmədən çəkindirmək lazımdır, amma məlum qərarlar, əksinə, sövqedicidir:

“Çünki oxşar əməli törədə biləcək insanlar baxırlar ki, bu adamlar cinayət törədib böyük pullar qazandı, getdi 1, yaxud 2 il həbsdə yatdı və çıxdı, indi də əmlakdan gen-bol istifadə edir. Bu, təhrikedici bir məqamdır.

Cəmiyyətin və hüququn mənafeyinə zidd olan qərarlardır. Zərərçəkmişlərin də hüquqları var ki, şikayət etsinlər. Onlar özlərini nə qədər zərərçəkmiş sayırlar və buna hazırdırlar, bilmirəm, amma cəmiyyət bu mövzuda aktiv olmalı və öz etirazını mətbuat vasitəsilə bildirməlidir”

Xəbər 1034 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +