Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...


06.12.2021  13:16 

Sabahın havası açıqlandı - Proqnoz





A+  A-

Azərbaycanda dekabrın 7-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 7-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaq.

Xəbər 1474 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +