Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


28.06.2021  09:54 

“Barselona“ fransız futbolçunu satışa çıxardı





A+  A-

Fransız futbolçu Antuan Qrizman yay transferi pəncərəsində İspaniyanın "Barselona" komandasını tərk edə bilər.
XəzərNews.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Qeyd edilir ki, komandanın Direktorlar Şurası 30 yaşlı hücumçunun saxlanılmasının zəruriliyinə əmin deyil. Klub koronavirus pandemiyasının səbəb olduğu maliyyə problemləri sınağı ilə üzləşib. Qrizmanın satışı yalnız büdcəni doldurmayacaq, həm də "Barselona"nın maaş siyahısını tənzimləyə bilər.

Klub hücumçunu transfer bazarına çıxarıb. Ancaq "Barselona"nın rəhbərliyi əlverişli təklifi gözləməyi planlaşdırır, axı oyunçu 120 milyon avroya alınıb.

Qeyd edək ki, A.Qrizman 2019-cu ildən "Barselona"da çıxış edir. O, kluba "Atletiko"dan keçib. Otuz yaşlı hücumçu başa çatan mövsümdə Primerada 36 matç keçirib, 13 qol (1 qol penalty ilə) vurub və 7 məhsuldar ötürmə edib.



Xəbər 3469 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +