12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq


10.02.2020  11:54 

Bu qidalar baş ağrısını kəsir — SİYAHI





A+  A-

Fəsil, hava dəyişməsindən, yuxusuzluqdan başınız ağrıyırsa, ağrıdan dərmanla deyil, bəzi məhsullarla da qurtula bilərsiniz.
XəzərNews.az e-tibb.az-a istinadən xəbər verir ki, bunu nevroloq, uzman həkim Nərgiz Ağayeva bildirib.

Onun sözlərinə görə, ağrıkəsici və dərmanların təsir etmədiyi anlarda bəzi qidaların başağrısına müsbət təsir etdiyini qidalanma mütəxəssisləri də qeyd edirlər.

"Ağrıkəsici" məhsullar hansılardır?

Potasiumla zəngin olan kartof bu məhsullardan biridir. Sobada bişən kartof bədəndəki maye səviyyəsini nizamlayır.

Bədəndə su itkisi baş ağrısının ən vacib səbəblərindən biridir. Başağrısı olan vaxtlarda, sulu meyvələrə üstünlük vermək daha doğru olar.
Aşırı spirtli içki içildikdən sonra, damarlar genişlənir və bu səbəbdən baş ağrısı arta bilər. Bu zaman qəhvə içmək olar, kofein damarları daraldaraq, başağrısını aradan qaldırır. Bəzən karbohidrat azlığı da baş ağrısına səbəb ola bilər. Taxıllı çörək bədəndəki su itkisini nizamlayıb, baş ağrısnı önləyə bilər.

Badamın tərkibindəki maqnezuim damarları rahatladır və miqrenin, baş ağrısının qarşısını alır. Kalsium ilə zəngin yağsız qatıq baş ağrısına yaxşı təsir edir.

Küncüt, xüsusilə də qadınlar üçün çox vacib bir məhsuldur. Tərkibində E vitamini olduğu üçün qadınların xüsusi günlərində olan başağrısına yaxşı təsir edir.

Qırmızı bibər və ona oxşar ədviyyatlı souslar baş ağrısının təsirini digər məhsullarla nisbətdə daha tez azaldır. Xüsusilə sinuslarında problem olanlar ədviyyatlı yeməklər yeməklə bu ağrının qarşısını ala bilər.

Qan təzyiqini aşağı salan ispanaq, başağrısına da müsbət təsir edir. Hətta qan təzyiqi yüksək olanlara, ispanaq yarpaqlarından salat düzəldib yemək məsləhət görülür.

Xəbər 1588 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +