Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı
Goranboy sakininin dəhşətli hekayəsi - VİDEO
Moskva dəstəkləyir... - Peskovdan Əbu-Dabi görüşünə reaksiya
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü
Bakıda iranlı narkotacirlər saxlanıldı
Bəylər Əyyubov yenə prezidentin yanında - Foto
Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar
Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir


19.01.2020  10:21 

Medvedev yeni postunda hökumətin istefasından danışdı





A+  A-

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, sabiq Baş Nazir Dmitri Medvedev hökumətin istefaya göndərilməsindən danışıb.
XəzərNews.az-ın xəbərinə görə, Medvedev “Birinci kanal”a müsahibəsində bildirib ki, hökumətin istefaya göndərilməsi sakit şəkildə qəbul edilməlidir, çünki bir kabinet formalaşdırılarkən onun istefası barədə planları həmişə müzakirə olunur.

“Ümumiyyətlə, hökumətin istefasına həmişə tamamilə sakit yanaşmaq lazımdır, bu, qeyri-adi deyil. Bu, bütün dünyada baş verir, ölkəmizdə də olur” deyən Dmitri Medvedev son illərdə Rusiyada hökumətin istefa verməsinin nadir hallarda baş verdiyini qeyd edib:

“Ancaq buna baxmayaraq, bu, tamamilə adi bir hadisədir. Üstəlik, ümumiyyətlə, bir hökumət yarandıqda, açıq deyim ki, həmişə prezident və baş nazir kimliyindən asılı olmayaraq, nəinki kabinetin təyin edilməsi, həm də potensial istefa məsələlərini müzakirə edir. Bu, tamamilə normaldır”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti yanvarın 15-də istefaya göndərib. Yanvarın 16-da Baş Nazir postuna Mixail Mişustin təyin olunub.

Putinin sərəncamı ilə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsi yaradılıb və Medvedev sözügedən posta rəhbər gətirilib.

Xəbər 3020 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi


BÜTÜN XƏBƏRLƏR +