Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


27.11.2019  10:06 

Ən zərərli səhər yeməyi açıqlandı





A+  A-

Avstraliyalı diyetoloq Syuzi Barell səhər yeməyində bir neçə məhsulun yeyilməsinə qarşı olduğunu bildirib.
XəzərNews.az-ın məlumatına görə, onun məsləhətlərini “7news” yayımlayıb.

Mütəxəssisin sözlərinə görə, səhər yeməyində ən uğursuz seçim - pita çörəyidir. Bu un məmulatının tərkibində qanda şəkərin səviyyəsini qaldıran həddindən artıq çox karbohidrat var. Belə ki, məhsulun hər 100 qramına 60-80 qrama yaxın karbohidrat düşür.

Səhər yeməyi üçün daha bir uğursuz variant şirin xırçıldayan lopalardır. “Onların tərkibində çox az qida lifi var. Onlar insanı uzun müddət tox saxlaya bilməz”, - Barell izah edib. Xüsusilə də bu cür lopalar uşaqlar üçün zərərlidir. Onlar bu məhsulu qəbul edərək səhərlər şirin şeylər yeməyə öyrəşirlər.

Faydalı alternativ qida olaraq, diyetoloq qranola və ya şəkərsiz lopaları məsləhət görüb. Onları bal və ya giləmeyvə ilə şirin etmək olar. Eləcə də səhər yeməyi üçün yaxşı seçimlərdən biri tosterdə bişmiş çörəyin üstündə yumurta qızartması, tərəvəz və bekon ola bilər. Sonuncunu taxıllı çörəklə yemək məsləhət görülür, belə ki, onun tərkibində çoxlu yağ var.

Xəbər 1514 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +