Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...


07.01.2019  15:32 

Nazirin müavinləri ixtisar olunub? - XİN aydınlıq gətirdi





A+  A-

Xələf Xələfov xarici işlər nazirinin müavini postundan azad olunandan sonra, həmin vəzifəyə təyinat həyata keçirilməyib.
Həmin postun ləğv edildiyi barədə məlumatlar da yayılıb. O zaman Xarici İşlər Nazirliyindəki (XİN) nazir müavini vəzifələrindən birinin ixtisar olunduğunu söyləmək olarmı?

XəzərNews.az bildirir ki, Modern.az saytı mövzu ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə sual ünvanlayıb. XİN-mətbuat xidmətindən saytımıza verilən açıqlamada məsələyə bu cür aydınlıq gətirilib:

“Hazırda Xarici İşlər Nazirliyinə hansısa diplomatın yeni nazir müavini gətirilib-gətirilməyəcəyi barədə bir söz deyə bilmərik. Çünki nazirlikdə konkret hansısa post olmur. Məsələn, sonuncu dəfə Ramiz Həsənov nazir müavini təyin olunub. Ona görə də daimi nazir müavini postu yoxdur. Həmçinin bildirək ki, nazir müavinləri prezidentin sərəncamı ilə təyin olunur. Sadəcə, Xələf Xələfov nazir müavini postundan geri çağırılandan sonra yeni nazir müavininin təyin olunub-olunmaması rəhbərliyin verəcəyi qərardır. Əlavə nəsə demək olmaz”.

Qeyd edək ki, Xələf Xələfov ötən ilin dekabrından xarici işlər nazirinin müavini postundan azad olunaraq, Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Xələf Xələfov Xarici İşlər Nazirliyindən çıxarılmayanadək nazir Elmar Məmmədyarovun 6 müavini vardı. Hazırda isə Elmar Məmmədyarovun 5 müavini qalır: Araz Əzimov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev, Nadir Hüseynov və Ramiz Həsənov.

Xəbər 10615 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi


BÜTÜN XƏBƏRLƏR +