“Həkim məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu


11.01.2018  09:38 

Büdcəyə çatmalı olan pullar mənimsənilib - Fazil Məmmədov həbs olunacaq?





A+  A-

Sabiq vergilər naziri Fazil Məmmədovun həbsi üçün hüquqi baza formalaşır.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Xəbərdə bildirilir ki, 9 şirkət və bir fiziki şəxsin Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verməsi bu istiqamətdə növbəti addımdır.

Qəzet yazır: “Məsələ ondadır ki, Lokal Gəlirlər Departamenti orta və kiçik sahibkarlara divan tutan əsas qurum olub. Məhz həmin orqanın əməkdaşları iş adamlarını aylıq, illik “haqq”a oturdublar, dövlət büdcəsinə çatmalı olan pulları mənimsəyiblər. Fakt isə ondan ibarətdir ki, bu qurumun rəhbər şəxsləri birbaşa Fazil Məmmədovun ən yaxın adamları olub. Şübhəsiz ki, buradakı proseslər nazirdən xəbərsiz həyata keçirilməyib.

Fazil Məmmədov vəzifədən çıxarıldıqdan dərhal sonra bu qurumun əməkdaşlarına qarşı məhkəmədə iddia qaldırılması onu göstərir ki, şirkət rəhbərləri illər ərzində zülmə məruz qalıblar və hüquqlarının bərpasına çalışırlar.

Faktiki olaraq proseslərin Fazil Məmmədovun qandallanmasına doğru irəlilədiyi göz önündədir”.

Xəbər 2324 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +