Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


10.03.2017  10:58 

DİM rezidenturaya sənəd verənlərə müraciət etdi





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya sənəd verənlərə müraciət edib.
DİM-in mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, rezidenturaya sənəd vermək istəyən xarici ölkələrdə təhsil almış şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan, qaçqın statusu almış şəxslər, eləcə də xarici ölkələrdə diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan vətəndaşları müsabiqədə iştirak etmək üçün DİM-in rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və tələb olunan sənədləri DİM tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Qeyd edək ki, DİM martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul elan edib. Qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində “Rezidentura” jurnalının 2-ci sayında təqdim ediləcək.

Xəbər 3697 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +