Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb
Rusiya ukraynalı hərbi əsirləri edam edir
Fuad Məmmədovun rütbəsi artırılıb
Bank kartlarından 4959 manat oğurlandı
Həkim‐kardioloq Firdovsi İbrahimova ağır ittiham
Allah mənə çatmadı!
Bakıda qəbir yerlərinin qiyməti: 50 - 100 min...
10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi


17.02.2017  15:58 

Avropa Parlamentinin Nazirlər Komitəsi azərbaycanlıların iddiasına baxacaq





A+  A-


“2016-cı ilin 30 dekabrına qədər Avropa Məhkəməsi ermənilərə vaxt vermişdi. Bu haqda bizə göndərilən cavab da var. İş ondadır ki, həmin cavab ingilis dilində olduğundan bir nəfər kömək etmir ki onu tərcümə edək. Bilək ki, orada nə yazılıb!”.

XəzərNews.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Laçın rayonundan olan məcburi köçkün Fəxrəddin Paşayev işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı Avropa Məhkəməsində qaldırdıqları iddiadan danışarkən deyib. 

F.Paşayev bildirib ki, daha onların səsinə səs verən də yoxdur.

“Bu məsələ barədə danışmağın mənası yoxdur. Çünki heç halımızı soruşan yoxdur ki, “siz nə edirsiz?!”. Zənglərimizə cavab da vermirlər. Həmçinin, bu işə baxan vəkil ingilis olduğundan ermənilərin verdiyi cavabın nə olduğundan xəbərsizik”.

Fəxrəddin Paşayevin sözlərinə görə, onların məsələlərinə bu il yenidən baxılacaq.

“Avropa İnsan Haqları Məhkəməsinin icraedici orqanı Avropa Parlamentinin Nazirlər Komitəsidir. Bu ilin mart ayında Avropa Nazirlər Komitəsində bu məsələyə baxılacaq”.

Qeyd edək ki, Laçın rayonundan məcburi köçkün olan 6 iddiaçı-Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin Çıraqov və Elxan Çıraqov işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edib. Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın ödənilməsini də tələb ediblər. 

İddiaçılar 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Həmin şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən, onların məruz qaldığı zərəri kompensasiya etməyib.



Xəbər 16387 dəfə oxunub.




24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?


BÜTÜN XƏBƏRLƏR +