12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq


21.04.2025  13:46 

Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh





A+  A-

"Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan Konustitusiyasının xalqın iradəsini əks etdirmədiyini qeyd edib. N.Paşinyan qüvvədə olan konustitusiyanın sülhə deyil, yalnız qonşularına qarşı ərazi iddialarını özündə ehtiva edən ali bir hüquqi sənəd olduğunu etiraf etmiş oldu. Çünki, konustitusiya xalqın sülh çağırışlarının üstündən xətt çəkir, "Böyük Ermənistan" mifi ilə 30 il ərzində ölkəni forpost vəziyyətində saxlayır".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə çıxış edib.

"N.Paşinyan hazırkı konustitusiyanın revanşistlər tərəfindən yazıldığını və xalqın sülh istəklərini özündə əks etdirmədiyini xalqa çatdırır. Onun regionlara səfərlərində "Real Ermənistan" planını təbliğ etməsi, "tarixi Ermənistan" imtina, qonşularla sülh və hazırkı konustitusiyanı tənqid etməsi, bir növ referenduma hazırlıq kampaniyasıdır", - deyə M.Əsədullazadə bildirib.

O, qeyd edib ki, Ermənistan Konustitusiyanın dəyişməsi 2026-cil seçkilərdən əvvəl baş tutarsa, sülh müqaviləsi bağlana bilər:

"Qeyd edim ki, Gümrü şəhərinin müxalifətdən seçilən meri Ermənistanın Rusiyaya ilə inteqrasiya və əməkdaşlığın inkişaf etdirmək barədə bəyanat verib. O, Ermənistanın yalnız Rusiya ilə birgə təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. 2026-ci il seçkilərinə baş nazirliyə namizəd olduğunu açıqlayıb. Müxalifətin Ermənistanın ikinci şəhərində mer seçilməsi, özlərinə inamı artırıb. Rusiyanın da müxalifətə ciddi dəstək verəcəyi gözlənilir".




Xəbər 1055 dəfə oxunub.




25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +