Qazilər dərmansız qalıb – TƏBİB sənədləşmə adı altında...
DİN vətəndaşlara xəbərdarlıq etdi
Allahı tanımaq daxil olmaqla İran üçün IV şərt
İtkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb
Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə... - Prezident
Rəhbərin ölkədən çıxışına “stop” qoyuldu
Tramp yalan danışır?
Savaş bitdimi? - Atəşkəs təsdiqləndi
Prezident elektrik stansiyasının açılışında iştirak edib
Sabiq partiya sədrinin oğlunun ölüm səbəbi açıqlandı


15.04.2025  15:58 

Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub





A+  A-

Prezident İlham Əliyev apellyasiya instansiyası məhkəməsi sədrinin müavininin, apellyasiya instansiyası məhkəmələri məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

XəzərNews.az xəbər verir ki, Sərəncama əsasən, apellyasiya instansiyası məhkəmələri üzrə Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini, Mehman Dünyamalı oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Əlizamin Gülzalı oğlu Abdullayev Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Elçin Məhəmməd oğlu Mehdiyev Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib.

İnzibati məhkəmələr üzrə Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin edilib.

Günay Mikayıl qızı İsmayıl Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri təyin edilib.

Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi və sədri, Abbas Əhəd oğlu Rzayev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri, Xəyal Əjdər oğlu Sarıyev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri, Azər İslah oğlu Paşayev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi və sədri, Elbəy Hidayət oğlu Allahverdiyev Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin edilib.

Fərid İlham oğlu Əyyubov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri, Natiq Mehdi oğlu Abbasov Ağstafa Rayon Məhkəməsinin sədri, Elmir Xoşbəxt oğlu Hüseynov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri, Marif Sabir oğlu Kazımov Gədəbəy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri, Ruslan Əliyar oğlu Əlizadə Yevlax Rayon Məhkəməsinin sədri, Gülsarə Kərimovna İmanova Zəngilan Rayon Məhkəməsinin sədri, Elşad İbiş oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi, Elçin Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər 3318 dəfə oxunub.




24.06.2025  12:19 

Məktəbli formaları dəyişəcək?

24.06.2025  11:42 

İsrail hava məkanını açdı

24.06.2025  10:37 

Tramp yalan danışır?

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +