YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


17.02.2017  11:13 

Bakıda qarın hündürlüyü 24 sm-ə çatıb - FAKTİKİ HAVA





A+  A-


Fevralın 16-sı gündüzdən 17-si səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində fevralın 16-sı gündüzdən 17-si səhərədək qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-11, Lənkəran-Astara zonasında 3- 35, Kiçik Qafqazda 2-9, Böyük Qafqazda 3-17, Mərkəzi-Aran rayonlarında 1-13, Qazax-Gəncə zonasında 1-7 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 24, Maştağada 9, Zabratda 5, Qumyataqda 3, Ələt, Sumqayıtda 2, Pirallahıda 1, Binədə 0.4, Lənkəran-Astara zonasında: Rvarudda 91, Lerikdə 70, Kəlvəzdə 36, Yardımlıda 33, Lənkəranda 25, Göytəpədə 23, Astarada 20, Kiçik Qafqazda: Göygöldə 18, Daşkəsəndə 15, Gədəbəydə 7, Böyük Qafqazda: Sarıbaşda (Qax) 59, Altıağacda 40, Kişçayda (Şəki) 28, Xaltan, Qusar, Qəbələdə 25, Qubada 22, Şamaxıda 20, Şabran, Qırız, İsmayıllıda 19, Şəkidə 16, Xaçmaz, Oğuzda 10, Mərəzədə 6, Xınalıqda 5, Naxçıvan MR-da: Ağdərədə 63, Şahbuzda 37, Naxçıvanda 31, Şərurda 20, Ordubadda 2, Mərkəzi-Aran rayonlarında: Ağsuda 15, Bərdədə 13, Göyçay, Yevlaxda 9, Beyləqanda 8, Qazıməmməd, Zərdab, İmişlidə 6, Biləsuvarda 4, Neftçalada 3, Salyanda 1, Kürdəmirdə 0.8, Qazax-Gəncə zonasında: Tərtərdə 15, Ağdamda 6, Gəncədə 5, Ağstafada 3, Tovuz, Naftalanda 2, Şəmkirdə 1 sm olub.

Havanın minimal temperaturu fevralın 16-da Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 1-4, dağlıq rayonlarda və Naxçıvan MR-da 10-17 dərəcə şaxta təşkil edib. 



Xəbər 15130 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +