YouTube platformasında yenilik var...-Mütəxəssisdən AÇIQLAMA
Co Bayden ilk dəfə xəstəliyindən yazdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi


10.02.2017  10:25 

Köçkün rayonlarında Təhsil şöbələri məktəbləri bataqlığa aparır





A+  A-


Azərbaycanın  işğal olunmuş rayonlarının təhsil müəsisələrində vəziyyət heç də ürəkaçan deyil. Kimi həmin məktəblərə alver, kimi isə adını yazdırıb hazırlığa getmək üçün bir vasitə kimi baxır. Bunun da bir çox səbəbləri var. Səbəblərdən biri də odur ki, həmin rayonların Təhsil şöbələrinin müdirləri ya nöqsanları görməzlikdən gəlir, ya da buna özləri şərait yaradırlar. Təbii ki, öz maraqlarını təmin etmək üçün... Nəticədə də sözügedən məktəblərdə təhsil bataqlığa yuvarlanıb..

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı təhsil üzrə ekspert Etibar Əliyev Modern.az-a danışıb.

Etibar Əliyev “qaçqın məktəbləri”ndəki problemlərin heç də yerli məktəblərdəki problemlərlə eyni olmadığını qeyd edib.

“Həmçinin digər bölgələrdəki məktəblərlə də eyni problemlərləri yaşamırlar. Biz tez-tez eşidirik ki, “qaçqın məktəbləri”ndə uşaqlarını oxutmaq istəyən və qeydiyyata almaq istəyən şəxslərin sayı artıb. O adamlar qarşıya məqsəd qoyurlar ki, həmin məktəblərdə uşaqlarının adı yazılacaq və onlar dərsə getməyəcəklər. Böyük rayonların işğalından sonra məktəblərin kiçik rayonlara köçürülməsi də bir problem yaratdı. Burada şagird sıxlığından tutmuş, məktəblərin maddi-texniki bazasına qədər çoxsaylı problemlər ortaya çıxdı. Bu faktor indi də özünü göstərir. Sovet dövründə məktəblərin eyniləşdirilməsi üçün işlər görülürdü. Müstəqillik əldə olunandan sonra da bu proses davam etdi. Ancaq işğaldan sonra həmin məktəblərin məkanı bir az daraldı. Bunun nəticəsində də şagird uğurları və nəticələri aşağı eyndi”.

Ekspert bildirib ki, işğal altında olan rayonların Təhsil şöbələrinin müdirlərində idarəçilik bacarığının olmaması ondan irəli gəlir ki, kadrların çoxu dəyişilməyib. Onun sözlərinə görə, bəzi hallarda köçkün rayonların Təhsil şöbəsinə elə adamlar müdir gətiriliblər ki, onları yaxından-uzaqdan təhsillə heç nə bağlamır.

“Bir sıra Təhsil şöbələrinin əvvəlki müdirləri, məktəblərin köhnə direktorları olduğu kimi hələ də vəzifədə qalırlar. Ona görə də problemlər qabarmaqdadır. 

Bu məktəblərdə təhsil alan şagirdlərin daha çox dərsdən yayınma hallar var. Çox təəssüflər olsun ki, buna Təhsil şöbələrinin müdirləri şərait yaradırlar. Hesab edirəm ki, “qaçqın məktəbləri”nə daha peşəkar təhsil işçiləri cəlb olunmalıdır. Həm vətənpərvərlik baxımından, həm təhsil, həm də vətəndaş yetişdirilməsi baxımından bu məktəblər digər məktəblərdən geri qalmamalıdır. Mən “qaçqın məktəbləri”nə diqqətin artırılmasını vacib hesab edirəm”.



Xəbər 1682 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2025  21:59 

Məşhur aktyor nişanlandı -FOTO

19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +