Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu
Prezident BP-nin baş icraçı direktorunu qəbul edib
Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq


10.03.2018  13:32 

“Abortlarla bağlı çalışan gizli həkim bandaları var”





A+  A-

Milli Məclisin deputatı Fazil Mustafa təhsil eksperti Kamran Əsədovun “son 3-4 ildə Azərbaycanda abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb” açıqlamasına münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, deputat “ölkəmizdə faciə buradadır, başqa yerdə axtarmayın. Bu rəqəm hələ az göstərilib, bu sahədə çalışan həkim bandaları da var, məsələni ört-basdır etmək müqabilində məktəbli qızların əxlaqsızlıq şəbəkələrinə cəlb edilməsini təmin edirlər”,-deyə bildirib.

Fazil Mustafanın sözlərinə görə, cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir.

“Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birinii təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir. Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsiredici rol oynamır. Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara tolazlayıb konkret bir ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq”.

Xatırladaq ki, təhsil Eksperti Kamran Əsədovun “Son 3-4 ildə abort elətdirən məktəblilərin sayı 1200-ə çatıb. Abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir” açıqlaması cəmiyyətdə geniş müzakirələrə yol açıb.

Xəbər 3558 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +