Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


10.08.2021  16:21 

Gürcüstan yoluxma sürətinə görə dünyada ikincidir





A+  A-

Gürcüstan koronavirus infeksiyasının yayılma sürəti baxımından dünyada ikinci yerə yüksəlib.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı “The New York Times” yayıb. Məlumata əsasən, bu ölkədə 100 min sakinə yüzdən çox yoluxmuş şəxs düşür.

Nəşrin məlumatına görə, birinci pillədə bu göstərici əsasında Men adası yer alıb. Burada 85 min nəfər yaşayır.

Ölkədəki hazırki vəziyyətə münasibət bildirən səhiyyə naziri Yekaterina Tikaradze deyib ki, qeydə alınan yeni yoluxma hallarının əksəriyyəti “Delta” ştammı ilə yoluxmadır. O əlavə edib ki, ölkənin hazırda koronavirus baxımından çətin vəziyyətdə qalmasının əsas səbəbi koronavirusun “Delta” ştammıdır.

Qeyd edək ki, qonşu ölkənin Baş infeksionisti Tengiz Çerçvadze bu yaxınlarda qeyd edib ki, Gürcüstanın səhiyyə sistemi yaranmış vəziyyətə tab gətirməyə və koronavirusa yoluxmuş xəstə axınının qəfil artmasının öhdəsindən gəlməyə bilər.

Xəbər 3306 dəfə oxunub.




19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +