Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


19.12.2020  13:11 

Karantini pozan vəzifəli şəxslər inzibati həbs edildi





A+  A-

Vəzifəli şəxslər - Cahangirli Pərviz Vasif oğlu və Kərimov Elçin Rafiq oğlu “icaze.gov.az” portalına saxta məlumatlar daxil edərək ölkədə mövcud olan sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə vətəndaşların qanunsuz olaraq sərbəst hərəkətini təşkil ediblər.
Baş prokurorluğun Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, faktla bağlı toplanmış materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilmiş və məhkəmənin müvafiq qərarları ilə hər iki şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

Baş Prokurorluq xəbərdarlıq edir ki, xüsusi karantin rejimi qaydalarını pozmuş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcək.

Xəbər 3993 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +