13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


15.02.2024  13:12 

Sabahın havası açıqlanıb -Qar yağacaq





A+  A-

Fevralın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xəzərnews.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, səhər saatlarında yağışın qısa müddətə sulu qarla qarışıq yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək.

Havanın temperaturu gecə və gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq.Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Xəbər 1133 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +