Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


27.08.2022  10:08 

Səfirlərin Şuşaya səfəri başlayıb





A+  A-

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şuşaya səfəri başlayıb.

XəzərNews.az xəbər verir ki, diplomatik korpus nümayəndələrini daşıyan təyyarə Füzuli Beynəlxalq Hava Limanına eniş edib.

Səfər çərçivəsində diplomatik korpus nümayəndələri və hərbi nümayəndələr işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına dair konfransda iştirak edəcək.

Əlavə edək ki, səfərin ilk günü, avqustun 26-da işğaldan azad olunmuş ərazilərə Azərbaycanda qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar gəlib, bugün isə rezident əsasda olan diplomatların səfəri başlayır.

Qeyd edək ki, səfərdə 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat və hərbi nümayəndə iştirak edir.


Xəbər 1272 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +