14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


06.07.2022  11:10 

Doğulduğu ilk gündən pensiya alırdı, 28 il sonra kəsdilər





A+  A-

"Oğlumun 28 ildir aldığı pensiya aprel ayından kəsilib. Nə üçün kəsildiyi isə bəlli deyil”.

XəzərNews.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Bərdə rayonunun Alaçadırlı kənd sakini Gülbuta Musayeva müraciət edib. Vətəndaş bildirir ki, oğlu, 1994-cü il təvəllüdlü Musayev Əhməd Musa oğlu anadangəlmə fiziki məhdudiyyətlidir. Buna görə ona anadan olandan bəri ikinci qrup əlillik təyin olunub və 130 manat pensiya alıb, lakin 28 ildir aldığı pensiya indi kəsilib: “Döş qəfəsi ürək tərəfdən içəri basılmış haldadır. Həkimlər də deyib ki, ancaq müalicədə olmalıdır, yəni sağalmayacaq. Ona ağır əşya qaldırmaq, qaçmaq olmaz. Ürəyi döş qəfəsinə çox yaxın olduğu üçün qaçanda ürək sıxılır. Aprel ayından bəri oğluma təyin olunan pensiya verilmir. Məsələ ilə bağlı müraciətlər də etdim. Hətta həkimindən yenidən kağız da aldım. Həkim də bildirdi ki, o, bütün xəstəliyi olduğu kimi qeyd edib. Amma pensiyanın yenidən verilməsi ilə bağlı imtina gəlir. Niyəsi isə bəlli deyil”.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”nun müraciətini belə cavablandırıb: “Musayev Əhməd Musa oğlunun əlilliyinin qiymətləndirilməsi vətəndaşın qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən "Əlillik" altsisteminə daxil edilmiş göndəriş əsasında aparılıb. Müəyyən edilib ki, göndərişdə vətəndaşın xəstəliyinin ekspertiza üçün əsas olan göstəriciləri qeyd olunmayıb. Həmçinin ixtisaslaşmış tibb müəssisəsində müalicəsi yetərli deyil. Bu səbəbdən ona 22.04.2022-ci il tarixində e-sistem üzərindən imtina qərarı verilib.

Buna baxmayaraq, Ə. Musayev Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə dəvət olunacaq və qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndirmə aparılacaq”.

Xəbər 1620 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +