6 abituriyent və 1 nəzarətçi... - İmtahandan qovuldu
Dişin ağrıyır, deyir ki, get qan analizi ver - Aparıcı
Azərbaycan Antalyadan belə geri qalır - Ekspert
Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib


05.10.2020  12:10 

Tiqran Köçəryan Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib





A+  A-

Məşhur erməni bloqer Tiqran Köçəryan Ermənistan Baş Naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib.
XəzərNews.az xəbər verir ki, bloqer özünün http://pigh.tv/?p=13 səhifəsində yerləşdirdiyi çağırışda Nikol Paşinyanı kəskin tənqid edərək, onu faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasında ittiham edib. O, Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Stepanakertdə (red. Xankəndi) rus hərbçilərinin olması barədə yalan şayiələr yaydığını iddia edib. T. Köçəryan öz mənbələri vasitəsilə bu şayiələrin yalan olduğunu təsdiqləyib.

Bloqer həmçinin Dağlıq Qarabağın cənub cəbhəsində (red. Füzuli-Cəbrayl istiqaməti nəzərdə tutulur) ermənilərin tam iflasa uğraması, yaralıları daşımaq üçün maşınların olmaması səbəbindən, bir çoxunun ölməsi, cəbhənin şimal tərəfində (red. Ağdərə istiqaməti nəzərdə tutulur) isə döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycanın artilleriya həmləsinə tab gətirməyərək qaçması barədə yazıb. Ən maraqlısı isə T. Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyanın Gəncəni vurmaq əmrini verməkdə ittiham etməsidir. Tiqran Köçəryan anlayır ki, bunun nəticəsində Ermənistanın şəhərlərini işğal olunmuş Xankəndinin gündəlik bombalanması kimi aqibət gözləyə bilər.

Xəbər 5777 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?

31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +