Dövlət büdcəsinin gəlirləri artdı: 17 138.0 milyon manat
Gömrükdən 77 kq-dan çox marixuana keçirmək istədi
Azərbaycanda zəlzələ oldu
Çörək maşınında narkotika... - Video
Şəkidə 34 yaşlı qadın qətlə yetirilib
Dünyada asan olan bizdə niyə çətindir?
Öldürüb dağdan aşağı atdı... - Lerikdə qətl
NATO ölkələrinin müdafiəsi ABŞ-dan asılı ola bilməz - Heqset
Prezident Qurban bayramı münasibətilə təbrik etdi
Kağız üstündə layihələr – Silinən pullar…


04.11.2019  11:58 

“Əfv qərarlarımda daha diqqətli olacağam”





A+  A-

“Əfv məsələsinə gəlincə, bu, çox həssas bir mövzudur. Cəmiyyətdə etirazlar böyüyür. Buna görə də bu istiqamətdə verəcəyim hər bir qərarımda daha diqqətli olacağam”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili bütün Gürcüstanın Katolikos-Patriarxının katibi-patriarx Şorena Tetruaşvilini öldürməyə cəhddə ittiham olunan yepiskop Georgi Mamaladzenin əfv edilməsi məsələsinə münasibətində bildirib.

Məlumata görə, Zurabişviliyə Mamaladzenin əfv olunması üçün ərizə vermək qərarı Sinod üzvlərinin 31 oktyabrda keçirdiyi fövqəladə iclasda qəbul edilib.

Prezident administrasiyasından bildirilib ki, əfv işlərinə baxılması hələ bərpa edilməyib.

Xatırladaq ki, S. Zurabişvili avqustun 28-də “Mariamoba” bayramı ilə əlaqədar 34 məhkumu əfv edib. Onların arasında qətlə görə məhkum olunmuş üç nəfər və axtarışda olan bir nəfər də yer alıb

Bildirilir ki, R. Davadze 2014-cü ildə polis əməkdaşını qətlə yetirib.

A. Bejanidze 2004-cü ildə məşhur gürcü tarixçi Marik Lortkipanidzenin 18 yaşlı nəvəsini öldürüb, 12 il sonra həbs olunub.

1994-cü ildə gənc oğlanı qətlə yetirən Z. Nadiradze isə 23 il hüquq-mühafizə orqanlarından gizlənib, 2017-ci ildə həbs edilib.

Bundan sonra Gürcüstan Baş Prokurorluğu Zurabişvilinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək imzaladığı qalmaqallı əfv fərmanı ilə bağlı onun barəsində istintaq başladıb.

Xəbər 1570 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +