14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


23.02.2017  17:15 

“Böyüməyən uşaqlar” Ukraynada təqdim edildi





A+  A-

Bu gün Kiyev şəhərində, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) ofisində tanınmış jurnalist Elşad Eyvazlının müəllifi olduğu və Ukrayn dilinə tərcümə olunan "Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib.
XəzərNews.az xəbər verir ki, təqdimat mərasimində UABD-nin Alimlər Şurasının üzvləri, Ukraynanın tanınmış ziyalıları və diapor fəalları iştirak edib.
Təqdimatda çıxış edən UABD-nin sədri Hikmət Cavadov bildirib ki, kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edir: “Kitabın məhz Ukrayn dilində təqdimatının məqsəd də Xocalı soyqırımı ilə bağlı həqiqətləri yaşadığımız ölkənin ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Hər iki valideynini itirmiş Xocalıdan olan 25 uşağın axtarıb tapılması, onların acı talelərinin qələmə alınması çox əhəmiyyətli idi. Jurnalist Elşad Eyvazlı bunu bacarıb və ortaya erməni vandailzmi ilə bağlı dünyanı inandıra biləcək faktlar qoyub”.
H.Cavadov vurğulayıb ki, müəllifin məqsədi ermənilərin körpə uşaqlara yaşatdıqları dəhşətləri onların öz dili ilə oxuculara çatdırmaqdır: “Diqqət etsəniz görərsiniz ki, kitabda yer alan məlumatlar müəllif təxəyyülünün məhsulu deyil, o dəhşətləri yaşayanların acı xatirələri, onların yaddaşlarına əbədi hopan gerçək hadisələrdir”.
H.Cavadov qeyd edib ki, 25 il əvvəl uşaq, bu gün isə gənc olan Xocalı soyqırımının məhz bu kitabda yer alan bəzi şahidləri ilə ötən il Bakıda - Heydər Əliyev Mərkəzində keçirdikləri tədbir zamanı tanış olub: “Məni və ukraynalı pilot Leonid Kravetsi bu gənclərlə Elşad Eyvazlı tanış etdi. Onların bəziləri 25 il əvvəl Xocalıdan insanları vertalyotla çıxaran L.Kravetsi tanıdılar. Bu mənzərə çox ağrılı idi”.
UABD sədri bildirib ki, Xocalı soyqırımının 25 illiyi ilə bağlı fevralın 25-də Kiyev, 26-da isə Dnepr şəhərlərində təşkil edəcəkləri tədbirlərdə də “Böyüməyən uşaqlar”ı təqdim edəcəklər.
H.Cavadov klitabın müxtəlif dillərə, xüsusən də Ukrayn dilinə tərcüməsini yüksək qiymətləndirib: “Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov bu işi yüksək səviyyədə həyata keçirib. Bizim də vəzifəmiz kitabın Ukrayn dilində olan tərcüməsini Kiyev və başqa şəhərlərdə yaymaqdır”.
Təqdimatda çıxış edən UABD-nin sədr müavini Murad Cəfərov bildirib ki, bu kitab bizə imkan verəcək ki, Xocalı soyqırımı və ümumilikdə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı həqiqətləri Ukrayna ictimaiyyətinə rahat şəkildə çatdıraq: “Böyüməyən uşaqlar”ın xatirələri dəhşətlidir. Bu dəhşətlər bizi bir daha düşmənə qarşı birləşməyə və işğal altında qalan torpaqlar uğrunda mübarizəyə səsləyir”.
Tədbirdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev, səfir Tələt Əliyev və UABD-nin Alimlər Şurasının üzvləri - professor Arif Quliyev, tanınmış jurnalist Əlisa Dəmirov çıxış edərək Xocalı soyqırımının Ukrayna cəmiyyətində tanıdılması üçün “Böyüməyən uşaqlar” kitabının əhəmiyyətli rol oynayacağını bildiriblər. Onlar bildiriblər ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!” Beynəlxalq Kampaniyası ilə yanaşı bu kimi nəşrlər də Xocalı soyqırımının təbliği nöqteyi-nəzərdən əhəmiyyətli vasitədir.

Xəbər 4052 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +