Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?


19.07.2023  15:13 

İmtahanın 29 sualı etibarsız sayıldı





A+  A-

“İyulun 14-də müəllimlərin işə qəbulu müsabiqəsinin Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanı keçirilib. Namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb. Nəticədə isə 29-cu tapşırıqda bəhs edilən əsərin adının çərçivə sənədinə daxil olan əsərlər siyahısında yer almadığı aşkar olunub. Bu səbəbdən 29-cu tapşırıq etibarsız sayılıb”.

XəzərNews.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, həmin test tapşırığı 1 280 nəfərə düzgün, 3 842 nəfərə səhv olaraq hesablanıb, 959 nəfər isə tapşırığı cavablandırmayıb:

“Sualın bütün namizədlərə düzgün olaraq hesablanması ilə 1 280 nəfərin nəticəsi sabit qalacaq, 3 842 namizədə 2,5 bal (səhv cavaba görə 0,5 bal bərpa), 959 namizədə isə 2 bal artırılacaq”.

Xəbər 2816 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +