Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


13.10.2022  09:39 

“Ağ ölüm” adlı qısametrajlı film çəkiləcək





A+  A-

Narkomaniya bəlasından qorunmaq, bu bəlanın mənfi fəsadlarını özündə ehtiva edən “Ağ ölüm” adlı qısametrajlı film çəkiləcək.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi Virtual metodlarla “Ağ ölüm” Narkotikə YOX deyək!” layihəsi çərçivəsində ərsəyə gələcək qısametrajlı film geniş arenada təbliğ olunacaq.

Layihənin kordinatoru Kənan Qubadzadənin verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və əsas məqsədi “Ağ ölüm” qısametraflı filmi vasitəsi ilə cəmiyyəti narkomaniya bəlasından qorunması yönündə maarifləndirilməsindən ibarətdir.

Bu məqsədə çatmaq üçün Bakı şəhərində narkomaniyaya aludəçiliyin vəziyyəti öyrəniləcək. Layihəyə cəlb olunacaq ekspertlərin köməkliyi gənclərlə bu istiqamətdə fərdi söhbətlər aparılacaq. Facebook sosial şəbəkəsində narkomaniyanın törətdiyi bəlalarla bağlı maarifləndirmə işinin davamı olaraq “Narkomaniya gəncliyimizi əlimizdən ala bilməytəcəksən” devizi altında qurup yaradılacaq.

Sosial şəbəkə vasitəsi ilə həyata keçiriləcək maarifləndirmə işində ekspertlər gəncləri bu yoldan çəkindirmək üçün onun törətdiyi bəlalar barəsində ətraflı məlumatlar verəcəklər. Müxtəlif KİV-lərdə maarifləndirmə işi aparılacaq, bu yöndə silsilə yazılar dərc olunacaq. Çəkilən film diskləşdiriləcək Bakı ilə yanaşı regionda gənclərə pulsuz paylanacaq.

Xəbər 3006 dəfə oxunub.



07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +