İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


12.10.2022  07:42 

Amili Zakir Həsənova niyə təşəkkür edib?





A+  A-

İranın ali dini rəhbəri Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin imamcüməsi Seyid Həsən Amili Tvitterdəki paylaşımında Azərbaycanın Müdafiə naziri Zakir Həsənova təşəkkür etməsi ilə özünün gerçək simasını ortaya qoyub.

Bəs bu "siyasətçi" molla bizim müdafiə nazirimizə nəyə görə təşəkkür edib?

Amili bu addımı Zakir Həsənovun İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə telefon danışığı zamanı Azərbaycanın Ermənistana hücum etməyəcəyi ilə bağlı verdiyi vədinə görə atıb.

Amilidən sitat:
"Azərbaycan müdafiə naziri Zakir Həsənova bu həftə Sərdar Baqiri ilə danışığı zamanı Ermənistan torpağında gözləri olmadığı və bu ölkəyə hücum etməyəcəkləri ilə bağlı vədinə görə təşəkkür edirəm. Ermənistan və Azərbaycan problemləri danışıq və dostluqla həll edilməidir. Bu sözdə dərin ağıl hiss olunur".

Ərdəbil imamcüməsi, Zakir Həsənovun bu sözündən sonra İran-Azərbaycan əlaqələrinin genişləndirlməsi üçün münbit zəmin yarandığı və bu vədin əməldə də icra olunacağına ümid etdiyini qeyd edib.

Əslində bu ümidini dilə gətirməklə Amilinin şəxsində İranın fars-molla rejimi açıq şəkildə etiraf etmiş olur ki, bəli, İran-Azərbaycan münasibətlərinin yaxşılaşması da, pisləşməsi də Azərbaycanın bundan sonra Ermənistana qarşı necə davranacağından asılıdır.

Bu isə öz növbəsində onu göstərir ki, İran Ermənistanın "vəkl"i və açıq-aşkar himayəçisi rolunda çıxış edir.

Yeri gəlmişkən, H.Amilinin paylaşımı sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Güney azərbaycanlı soydaşlarımız yazdıqları rəylərdə Amilinin özünü əsl erməni tərəfkeşi kimi apardığını və Ermənistan nümayəndəsi kimi çıxış etdiyini qeyd ediblər.

B.Mirzəyev

Xəbər 3842 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +