İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


11.10.2022  13:59 

Elmira Axundova parlamentdə tənqid olundu





A+  A-

Milli Məclisin bu gün keçirilən plenar iclasında Ukraynada həbsdə olan Vətən Müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı məsələ qaldırılıb.

Deputat Məlahət İbrahimqızı Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun bu məsələyə diqqət yetirməsini istəyib.

“Misir Qasımlı Ukraynada erməni əsilli ispan tərəfindən şərlənib və bu iş üzrə heç bir sübut təqdim olunmayıb. Təəssüflər olsun ki, Ukraynadakı səfir bu hadisələrə laqeyd yanaşır. Bir neçə dəfə Azərbaycan diasporundan mediaya məlumat verilib ki, bu məsələ diqqətdədir. Amma bir il yarımdan çoxdur ki, heç bir sübut ortaya qoyulmur, hər dəfə məhkəmə təxirə salınır. Onun vəkili dəfələrlə iş üzrə heç bir sübut olmadığını bildirib. Mən müraciət edirəm ki, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ukrayna Ali Radasına müraciət etsin və bu məsələnin tezliklə bitməsini tələb etsin”,- deyə M.İbrahimqızı vurğulayıb.

Qeyd edək ki, Misirli Qasım Kiyevdə ermənilərin şikayəti əsasında saxlanılıb. Ona qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə cinayət işi açılıb, lakin bir ildir bu ittihamlar sübuta yetirilməyib. Ukraynada həbsdə olan 29 yaşlı Misir Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib./Modern.az

Xəbər 10328 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +