İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


11.10.2022  13:44 

Çingiz xanın məzarı Qobudadır?





A+  A-

Bəzi tarixçilərimiz əfsanəvi monqol-tatar hökmdarı Çingiz xanın məzarının Azərbaycanda (təxminən Güzdək, Qobu tərəflərdə) olduğu versiyasını ortaya atıblar. Və deyilənlərə görə artıq sözügedən məzarın axtarışlarına başlanılıb.

Ancaq bu fikir utopiyadan və fərziyyədən başqa bir şey deyil.

Onlar məsələni "800 ildir Çingiz xanın qəbrini niyə tapmaq olmur" tərzində qoysaydılar, o zaman məşhur sərkərdə və hökmdarın dəfn olunduğu məkanı Azərbaycanda axtarmağın səmərəsiz bir iş olacağını fəhm etmiş olardılar.

Yaponiya, ABŞ və Çinin arxeoloji-ekspedisiya qrupları Ulu Xaqanın məzarının yerləşə biləcəyi bütün mümkün əraziləri hətta ən son texnologiyaların tətbiqi yoluyla da axtarıb-arasalar da belə, lakin sözügedən məzarı tapa bilməyiblər.

Və çox güman ki, o məzar heç vaxt da tapılmayacaq.

Zatən bugünkü monqolların özləri də Böyük Xanın məzarının yerinin sirr olaraq qalmasından məmnundurlar. Bunun da özünəməxsus səbəbləri var.

Ona görə də bizim tarixçilərimiz diqqəti belə perspektivsiz işlərə yox, sovet tarixçiliyinin meydandan çəkilməsindən sonra ortaya çıxmış öz tariximizin bir sıra mübahisəli məqamlarına aydınlıq gətirilməsinə yönəltməlidirlər.

Sıravi insanlarımızda öz tariximizlə bağlı çaşqınlıq və fikir ayrılığı yaradan xeyli məsələlər var ki, bax, ilk növbədə onları araşdırmaq, çözələmək lazımdır.

Bəybala Mirzəyev

Xəbər 9269 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +