İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


10.10.2022  10:13 

Deputata məxsusluğu ilə bilinən şirkət cərimələndi





A+  A-

Azərbaycanın tibbi tədarükçülərindən biri olan “Azəri Med” QSC barəsində yenidən cərimə protokolu yazılıb.

XəzərNews.az Pravda.az-a istinadən xəbər verir ki, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
İddia hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: “Azəri Med”in qanuni təmsilçisi Rəhimli Famil olsa da, şirkətin Milli Məclisin deputatı Kamaləddin Qafarova məxsus olduğu bildirilir və bu barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Şirkət xəstəxanalar, apteklər və distribyutorları əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. ilə təmin edir. Bundan başqa, QSC-yə “Zəfəran aptek”, “Kanon aptek”, “Zəfəran hospital”, “Tibbi market” və “Günəbaxan aptek” kimi brendlər daxildir.

Xəbər 12541 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +