İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


09.10.2022  10:13 

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümü start götürür





A+  A-

“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının yeni mövsümü başladı. Yeni mövsümdə 3 divizionun – Bakı, Regional və Tələbə divizionlarını təmsil edən yarış hər həftənin bazar günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq.

XəzərNews.az “Nar”a istinadən xəbər verir ki, qaydalara görə il əzrində 2 mövsüm oyun oynanılır. 1-ci mövsümdə “Bilik” Kuboku, 2-ci mövsümdə isə “Nar” Kubokunun sahibi bəlli olur. İlin sonunda isə “Bilik” kuboku və “Nar” kubokunun qalibləri, yəni 2 komanda Azərbaycan çempionu titulu uğrunda yarışır.

Hazırki mövsümdə “Bilik” kubokunu qazanan komanda ötən mövsümün qalibi olan “Nar” komandası ilə Breyn Rinq üzrə 2022-ci ilin Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, elm və təhsilin inkişafına dəstək “Nar”ın əsas KSM istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Xəbər 10098 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +