Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


01.02.2024  22:54 

Cəlilabadda yaşayış evi yanıb





A+  A-

Cəlilabad rayonunun Soyuqbulaq kəndində evdə yanğın baş verib.

Xəzərnews.az xəbər verir ki, hadisə 1991-ci il təvəllüdlü Kamran Əsədullayevə məxsus, ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin və Göytəpə Şəhər Yanğından Mühafizə Bölməsinin əməkdaşları və texnikası cəlb edilsə də, ev tamamilə yanaraq kül olub.

Məlumata görə, ev sahibləri evdə olmadığından yanğından gec xəbər tutublar. Sözügedən dağlıq kənd Cəlilabadın mərkəzindən 24 kilometr uzaqlıqda yerləşir. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər 2962 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +