Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


31.08.2025  01:35 

“Çelsi“ “Mançester Yunayted“in futbolçusunu transfer etdi





A+  A-

Argentinalı vinger Alexandro Qarnaço "Mançester Yunayted"dən "Çelsi"yə keçib.

XəzərNews.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə London klubunun saytı məlumat yayıb.

21 yaşlı futbolçunun müqaviləsi 2032-ci ilə qədərdir.

Jurnalist Fabrizio Romanonun dediyinə görə, Qarnaçonun "Çelsi"yə transferi təxminən 40 milyon funt-sterlinq dəyərində olub.

Qeyd olunur ki, London klubuna transferin təşəbbüskarı da futbolçu özü olub.

Qarnaço 16 yaşında "Atletiko"dan "Mançester Yunayted"ə gəlib və klubun akademiyasının məzunudur. "Qırmızı şeytanlar"ın əsas komandasındakı karyerası ərzində hücumçu bütün turnirlərdə 144 matçda iştirak edib, 26 qol vurub, 22 məhsuldar ötürmə edib.

Xəbər 1847 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +