Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.06.2025  03:53 

Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF





A+  A-

"Tehran İslamabad və Yeni Dehli arasında danışıqlarda vasitəçi kimi çıxış etməyə hazırdır".

XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığından sonra bildirib.

"İran İslam Respublikası Pakistan və Hindistan arasında davamlı sülhün bərqərar edilməsinə yönəlmiş istənilən hərəkəti alqışlayır və bu məqsədə çatmaqda vasitəçi rolunu oynaya bilər", - Pezeşkianın saytında dərc olunmuş press-relizdə deyilir.

Qeyd edilib ki, siyasətçi Şərifin Pakistana səfər dəvətini də qəbul edib və iki ölkə arasında əlaqələrin genişlənəcəyinə ümid etdiyini bildirib.

"Biz Hindistanla sülh və atəşkəs danışıqlarına sadiqik və müxtəlif sahələrdə qırmızı xətlərimizi vurğulayaraq, danışıqlar yolu ilə davamlı sülhə nail olmaq üçün Hindistan hökuməti ilə işləməyə hazırıq və bu məsələdə İranın vasitəçiliyini alqışlayırıq. Pakistan hökuməti hesab edir ki, münaqişələrin həlli müharibə deyil, dialoqdur", - baş nazir öz növbəsində vurğulayıb.

Xatırladaq ki, Yeni Dehli ilə İslamabad arasında münasibətlər aprelin 22-də bir qrup insanın mübahisəli Cammu və Kəşmir əyalətində turistləri güllələyən terror aktından sonra pisləşib.

Xəbər 2602 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +