Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


20.07.2022  12:48 

Namiq Mailov mətbuat katibi təyin olundu





A+  A-

Azərbaycan Respublikasının “İpoteka və Kredit Zəmanət Fondu"na yeni mətbuat katibi təyin olunub.

XəzərNews.az xəbər verir ki, yeni mətbuat katibi tanınmış jurnalist Namiq Mailovdur.

N.Mailov 1998-ci ildən jurnalist fəaliyyətinə başlayıb. Müxtəlif qəzetlərlə ştatdankənar əməkdaşlıq edib, 1998-1999-cu illərdə “Bilik Dünyası” informasiya agentliyində muxbir, şöbə müdiri, 1999-2004-cü illərdə isə “Turan” İnformasiya Agentliyinin İqtisadi Məlumatlar Redaksiyasında müxbir kimi çalışıb.

2004-2006-cı illərdə «Azad Azərbaycan» telekanalının Xəbərlər departamentində müxbir, redaktor, direktor müavini vəzifəsində çalışıb, 2005-ci il parlament seçkiləri ilə bağlı yaradılmış “Namizədlə söhbət” televiziya verilişinin rəhbəri və aparıcısı olub. Dövlət, sənət və iş adamları, ölkə və hökumət başçıları ilə çoxsaylı müsahibələrin müəllifidir.

2006-cı ildən “Region Plus” jurnalında çalışır və həmin jurnalın baş redaktorudur.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş binada mənzillə mükafatlandırılıb.

Xəbər 3872 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +