Türkün Türk üzərində qələbəsi qürur yeri ola bilməz - Əli Hacı
14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi


12.11.2020  11:43 

Türk iş adamları azad edilmiş torpaqlara investisiya yatıracaq





A+  A-

“Qarabağ Azərbaycanın təbiəti, yeraltı, yerüstü sərvətləri ilə zəngin dilbər bir guşəsidir. Uzun illər işğal altında qalan, yeraltı sərvətləri, xüsusilə qızıl yataqları ilə tanınan Kəlbəcər rayonu bu qəbildən olan ərazilərdəndir. Bu illər ərzində həmin yataqları qanunsuz şəkildə istismar edən, talançılıqla məşğul olan əcnəbi şirkətlər əldə etdikləri haram qazancın bir hissəsini işğalçı dövlətə hədiyyə ediblər, digər hissəsini isə satıblar”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Camal Yanğın ölkələrimiz arasındakı dostluq, qardaşlıq və birgə əməkdaşlıq əlaqələri haqda danışarkən deyib.

O bildirib ki, dünyanın ədalət qərarı olarsa, həmin şirkətlərin çox böyük bir təzminata məhkum edilməsi lazımdır:

“Çünki başqasının torpağından bir başqasının icazəsi ilə qızıl çıxarıblar, bu haqqı onlara heç kim verməyib. Ölkələrarası ticarətdə, dünyanın ticarət haqqında qanunlarında, BMT qərarlarında belə icazə yoxdur. Amma təəssüf ki, sıra türk dünyasına gəlincə, dünya susur”.

ATİB sədri qeyd edib ki, ilkin hesablamalara görə, işğaldan azad edilmiş torpaqların yenidən bərpasına milyardlarla vəsait xərclənməlidir:

“Bu baxımdan, biz, - qardaş ölkədə fəaliyyət göstərən iş adamları, - bütün dünya türklərini həmin ərazilərə investisiya yatırmağa, iş qurmağa çağırırıq. Amma yatırımın əvəzində pul qazanmağa deyil, oraların abadlaşdırılmasına və həmin bölgələrə köçürüləcək insanların rahat yaşamaları üçün dəstək verməyə hazır olduğumuzu bir daha söyləmək istəyirəm. Qardaşlığımızı, dostluğumuzu bir daha bütün dünyaya göstərmək üçün bunu etməliyik. Azərbaycan iqtisadiyyatı ilk dəfə deyil ki, belə sınaq qarşısında qalır. Bu gün, Azərbaycan iqtisadiyyatı güclüdür. Hər hansı bir investisiya ilə bağlı, ticarət, ixracat əlaqələrimizdə əngəl, sıxışdırılma yoxdur. Bu dövrdə ölkədə heç bir maliyyə sıxıntısının, bank, ödəmə sahəsində problemlərin olmadığını müşahidə etdik. Mərkəzi Bankın rezervlərində minimum azalma belə görünmür. Sosial, turizm və s. sahələrdə yatırımlar davam edir”.

Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı ekspert Fikrət Yusifov qeyd edib ki, işğaldan azad olunmuş rayonlarımızın xüsusi bir iqtisadi zonaya çevrilməsi olduqca vacibdir:

“Bölgənin sürətli inkişafının təmin olunması, əsasən, oraya xarici və daxili investisiyaların cəlb edilməsindən keçəcək. Xarici investorlar sırasında türk iş adamlarının daha çox olacağı isə tam gözləniləndir. Həmin ərazilərdə yeni müəssisələrin və ilk növbədə yerli xammal əsasında fəaliyyət göstərəcək emal müəssisələrinin qurulması imkanları kifayət qədər böyükdür. Bu bölgələrdə turizm sektoruna da investisiya yatırmaq istənilən iş adamı üçün maraqlı olacaq. Hesab edirəm ki, Azərbaycan hökuməti xarici investisiyaların bölgəyə cəlb olunmasını stimullaşdıran xüsusi güzəşt zərfləri işləyib hazırlamalıdır”.



Xəbər 3590 dəfə oxunub.




16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +