Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


10.01.2018  16:54 

9 şirkət dövlət qurumunu məhkəməyə verdi





A+  A-

Azərbaycanda 9 şirkət və bir fiziki şəxs Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.
XəzərNews.az “APA-Economics”ə istinadən xəbər verir ki, "Naviqator Mobil Servises", "Retail Solutions", "Azəri-Türk LTD", "Azerbaijan Steel Supply", "Transport-Servis LTD", "Effekt-M", "Nicat-Nəzrin", "Kraun" MMC-lər və “Azəraqrartikinti" ASC-nin "Aqrartikintiservis" firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir.

Bu şirkətlərlə yanaşı, fiziki şəxs - Azəri Yusifzadə də eyni iddia ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

Bu iddialar üzrə məhkəmə prosesləri davam edir.

Xatırladaq ki, ötən gün vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 33 əməkdaşı da daxil olmaqla, ümumilikdə 64 nəfər işdən çıxarılıb.

Xəbər 3161 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +