Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


20.10.2023  20:55 

Kənd qızları üçün infotur təşkil edilib - Masallıda





A+  A-

Masallı rayonunun kəndlərində yaşayan qızlar üçün müəssisə və qurumlara infotur təşkil edilib.

Xəzərnews.az xəbər verir ki, infoturda rayonun Qızılağac, Köhnə Alvadı, Qəriblər, Yeyənkənd və Şərəfə kəndlərindən 20 məktəbli qız iştirak edib.

“Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin icra etdiyi “Kəndlərdə yaşayan qızların təhsilə və peşə seçiminə təşviqi” layihəsi çərçivəsindəki infotur Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə keçirilib.

İnfotur çərçivəsində gənc qızlar Masallı rayon Heydər Əliyev Mərkəzində yerləşən Masallı Qadın Resurs Mərkəzini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsini, Heydər Əliyev Mərkəzində rəssamlıq sahəsi üzrə fəaliyyət göstərən mərkəzini, Masallı Sənaye Məhəlləsini, Masallı Təhsil Fondunu və Masallı ASAN həyat kompleksində yerləşən İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzini ziyarət ediblər.

Məlumat üçün bildirək ki, layihənin birinci mərhələsində Masallı rayonunun adı çəkilən 5 kəndinin hər birində ümumilikdə 128 qızı əhatə edən peşə və təhsilə marağın artırılması üzrə təlimlər keçirilib. Təlimlərdən seçilən 20 fəal qız layihənin infotur hissəsinə cəlb edilib.

Layihənin məqsədi Masallı rayonunun kəndlərində yaşayan qızların təhsilə və peşələrə marağının artırılması, onlara rayonun sosial-iqtisadi potensialını tanıtmaqdır.





Xəbər 1338 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +