Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


14.06.2022  11:10 

Bəzən bir pencəyi 4 il geyinirdim...





A+  A-

Beş-altı il əvvəl, yəni boş-bekar olanda, ciddi bir işin qulpundan yapışmayanda bəzən gündə 3-4 saat canlı efirdə olurdum. Azərbaycanda işləyən adam acından ölür, kimdir işləməyən adama pul verən?! Buna görə də sıxıntılarım indikindən çox olurdu, sadə məişət qayğılarının əlində əsir-yesir qalır, bəzən bir pencəyi 4 il geyinirdim...

Bir dəfə insan səmimiyətilə bağlı mövzunu müzakirə edəndə bunu dilə gətirdim. Dedim ki, biz olduğumuz kimi görünmək istəmirik. Məsələn, mən bu pencəyi 4 ildi efirlərə geyinirəm, amma bunu dilə gətirməyə çətinlik çəkirəm. Bilirəm ki, bu sözlərdən sonra hətta ən yaxın dostlarım da mənə əfəl deyib ələ salacaqlar. Hansı ki, sözə xəyanət eləmədiyimə, sözü alver predmetinə çevirmədiyimə görə tənqid yox, təqdir olunmalıyam...

O vaxt qızım aşağı sinifdə oxuyurdu. Düz 1 həftə məndən küsdü. Hər gün məktəbə gedəndə qorxurdu ki, sinif yoldaşları ona lağ edəcək. İnanın, uşaq məktəbə getməyə utanırdı...

Əslində, necə olmalıydı:

Mən qəbir yerini şəhid ailəsinə satan bələdiyyə sədri olsaydım, qızım sinif yoldaşlarından utanardı...

Mən pasiyentin xəstə ayağını qoyub sağ ayağını kəsən savadsız həkim olsaydım, qızım mənim yerimə xəcalət çəkərdi...

Mən ölmüş adamın “ifadəsi” əsasında günahsız insanı dəmir barmaqlıqların arxasına göndərən qansız hakim olsaydım, övladlarım hamının yanında gözükölgəli olardı...

Mən bir mənzili 3 adama satıb puluyla oğluna, qızına 5 yerdə ev alan dələduz iş adamı olsaydım, övladlarım tay-tuşlarının yanında xəcil olardı...

Mən tabeliyində olan işçilərə qan udduran, vəzifəcə özündən böyük adama yaltaqlanan ikiüzlü valideyn olsaydım, uşaqlarım buna görə pəjmürdə olardı...

Kasıb olmaq, amma düzgün yaşamaq, düz danışmaq nə vaxtdan eyib sayılır?

Təəssüf ki, bizim ölkəmizdə sayılır...

Günahkarı kənarda axtarmaq lazım deyil. Varlı, vəzifəli adama Adil müəllim deyib qabağına qaçan, kasıba Ədil deyib ələ salan, aşağılayan biz deyilikmi?

Mən hələ alimə lağ etməyimizdən, aktyora mütrif, xanəndəyə “manıs” deyib ələ salmağımızdan danışmıram...

Nə əkiriksə, onu da biçirik...

Seymur VERDİZADƏ

Xəbər 7644 dəfə oxunub.




14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +