Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


20.12.2017  16:04 

Azərbaycanda məktəb müəllimi erməni sevgisi təbliğ edir





A+  A-

Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbin ingilis dili müəllimi Rövşən Əzizovun facebook səhifəsində paylaşdığı statuslar hər kəsdə şok effekt yaradıb.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, Əzizov son aylardakı paylaşımlarında açıq şəkildə azərbaycanlılarla ermənilər arasında barışığın əldə olunmasının vacibliyindən söz açır, eləcə də, iki xalq arasında dostluq, qardaşlıq münasibətlərinin yaradılmasına qədər mübarizəyə davam çağırışları edir.

Hətta bu şəxs harada yaşadığını, xalqının başına ermənilər tərəfindən hansı müsibətlərin gətirildiyini unudaraq, erməni bayrağı paylaşır, fəal şəkildə erməni təbliğatı aparır, erməni dilində yazılar paylaşır.

R.Əzizovun onu qınayanlara verdiyi cavaba diqqət edin: "Ermənilərin içərisində yaxşıları da var, inanın mənə, erməni kimi doğulmaq günah deyil”.

Müəllimin daha bir paylaşımı sərt reaksiya doğurub: "Üzümüzə gələn il Ermənistan və Azərbaycan arasında müharibənin 30 illiyi tamam olacaq. İnşallah həmin il də barışın əsası qoyulacaq. Erməni, azəri dostluğuna, qardaşlığına nail olana qədər yola davam. Məni anlaya bilməzsiniz, amma bunun mənim üçün mənəvi və izaholunmaz səbəbi var”.

Onun barəsində qısa bir araşdırma aparılıb və diqqətçəkən bir sıra məqamlar meydana çıxıb. Belə ki, o özü haqqında məlumat bölümündə Karate Federasiyasında çalışdığını göstərib. Bunu əks etdirən fotolar da səhifəsində var. Bundan əlavə, onun mahnılar oxuduğu da üzə çıxdı. Hətta R.Əzizov 2011-ci ildə "Eurovision”un yarışmasının Bakı seçimində də iştirakçı olub, ATV telekanalında yayımlanan "Yeni ulduz” yarımasında da iştirak edib.






Xəbər 1864 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +