Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


18.03.2024  16:33 

Juninyonu saxlamaqda çətinlik çəkəcəyik





A+  A-

Obyektiv olaraq Juninyo komandanın ən yaxşı oyunçusudur. Düzdür, heç kim "Qarabağ"dan ayrılmaq istəmir. Amma onu saxlamaqda çətinlik çəkəcəyik.

Xəzərnews.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Marko Veşoviç "Vijesti.me" nəşrinə açıqlamasında deyib.

32 yaşlı monteneqrolu müdafiəçi komanda yoldaşına çoxlu təkliflər gəldiyini söyləyib.

O, Avropa Liqasının 1/8 final mərhələsində iki oyunun nəticəsinə əsasən (2:2, 2:3) "Bayer 04"ə uduzmaları barədə danışıb: "Kriteriyalarımız bərabər olsaydı, daha da irəli gedərdik. Keyfiyyət baxımından Avropanın zirvəsinə aid olduğumuzu göstərdik. Demək olar ki, Azərbaycan çempionluğunu təmin etmişik.

Ümidvaram ki, növbəti mövsümdə avrokubokdakı nəticəni təkrarlayacağıq. Hətta daha böyük işlər görəcəyik. Avropa reytinqində Azərbaycanın əmsalı aşağıdır. Çünki yalnız "Qarabağ" nəticə verir. Ona görə Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəyə başlayacağıq".

Veşoviç ölkəmiz haqqında da danışıb: "Burada hər şey əladır. Temperaturu bəyənirəm. Çünki əvvəllər "Legiya" da mənim üçün əla idi, amma -10 dərəcədə oynamağı heç sevmirdim.

Bundan əlavə, rus dilində daha çox danışılır. Azərbaycan dili isə hədsiz dərəcədə çətindir. Bəzən məşqdə ingilis dilindən istifadə edirik. Atmosfer əladır, heç bir anlaşılmazlıq yoxdur.

Çünki Qurban Qurbanov Avropada artıq böyük addır. Biz ənənəvi Monteneqro ailəsi kimiyik, burada fikirlər eşidilir, amma heç kim məşqçinin son sözünü inkar etmir (gülür)"./report

Xəbər 3788 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +