Yekaterinburqda azərbaycanlılara qarşı növbəti TƏXRİBAT
Hansı şagirdlərə pulsuz məktəbli formaları veriləcək?
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı
DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı
Prezident yeni təyinat sərəncamı imzaladı
Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət
Putinin generalı Kəmaləddin Heydərovla görüşdü
Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?
Hikmət Hacıyevdən Rusiya açıqlaması


26.06.2025  14:56 

ATƏT coğrafiyasında torpaqlarını azad etmiş ilk ordu





A+  A-

Ən yeni tarixdə müharibə mövzuları, ənənəvi ordu təsəvvürləri kifayət qədər dəyişib. Azərbaycan Ordusu müasir mobil və çevik ordu növlərindən biridir. Və Azərbaycan Ordusunun ən yeni tarixdə nailiyyətləri dünya ordu reytinqinə görə, öndə gedən bir çox ölkələrin ordu nailiyyətlərindən daha çoxdur.

XəzərNews.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

Siyasi şərhçi deyib ki, Azərbaycan Ordusu istər 2014-cü ilin avqust döyüşlərində, istər 2016-cı ildə Aprel döyüşlərində, istərsə də 2020-ci ildə 44 Günlük İkinci Qarabağ Savaşında ATƏT coğrafiyasında ilk dəfə olaraq öz torpaqlarını işğaldan azad etmiş xalqın, bir dövlətin salnaməsini yazmış bir ordudur. Həmçinin 2020-2023-cü illərdə mütəmadi şəkildə həyata keçirilmiş antiterror əməliyyatlarında qalib olmuş bir ordudur.

Politoloq qeyd edib ki, ən əsası da odur ki, Azərbaycan Ordusu digər coğrafiyalarda aparılan qanlı müharibələrdən fərqli olaraq mülki əhaliyə toxunmadan, bir nəfər də olsun mülki şəxsin burnunu qanatmadan hərəkət edib və dünya hərb tarixinə öz humanist və qalib adını yazdırıb.

"Hətta mən deyərdim ki, Azərbaycan Ordusunun antiterror əməliyyatı zamanı sərgilədiyi hərəkətləri müharibə incəsənəti də adlandırmaq olar. Baxmayaraq ki, 30 ildən artıq işğalçı erməni separatçıları Xankəndidə mülki obyektlərdə cəmləşmişdi, amma Azərbaycan Ordusu heç bir mülki vətəndaşa ziyan vermədən o terrorçuların mərkəzini dağıtdı və onların rəhbərlərini ələ keçirdi", - deyə Yeganə Hacıyeva vurğulayıb.

O deyib ki, əlbəttə ki, Azərbaycan Ordu quruculuğunun önündə Azərbaycan Prezidenti gedir:

"Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti təkcə siyasi sahədə güclü deyil, o, eyni zamanda hərb sənətində olduqca güclüdür. Ordunun quruculuq işləri haqqında danışırıqsa, qeyd etmək lazımdır ki, bu proses 1993-cü ildən başlayıb və bu, Ulu Öndər Heydər Əliyevin dövlətin, xalqın qarşısında qoyduğu əsas məsələlərdən biri olub. Sonrakı dövrələrdə isə , bu prosesin məntiqi nəticəsi olaraq adı qlobal siyasi müstəvidə uğurlu ordu modelinin rəhbərlərindən biri kimi, ən güclü hərbi sərkərdə kimi təsdiqləyən Şuşa fatehi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilib. Prezident İlham Əliyev həm də Azərbaycan Ordusunu regional aspektdə deyil, qlobal aspektdə ordu və müdafiə sənayesinin müasir çağırışlarına cavab verə biləcək bir formaya çatdırıb".

Yeganə Hacıyeva mövzu ilə bağlı fikirlərini belə yekunlaşdırıb:

"Azərbaycan əsgərinin peşəkarlığı və Azərbaycan əsgərinin qəhrəmanlığı haqqında da danışmaq lazımdır. Bir sözlə, Azərbaycanın bütövlüyü uğrunda aparılan proseslərdə öz şücaəti, qəhrəmanlığı və rəşadəti ilə həlledici məqamlardan birini tutan, təkcə bizim regionda deyil, bütün dünyada qəhrəmanlıq salnaməsi yazan Azərbaycan əsgəri, Azərbaycan Ordusu və Azərbaycanın Ali Baş Komandanıdır!"

Xəbər 736 dəfə oxunub.




08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +