Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


14.12.2023  00:51 

XİN nazirləri arasında görüş keçiriləcək?





A+  A-

Azərbaycan və Ermənistan xarici işlər nazirləri gələn ay Vaşinqtonda görüş keçirəcək.

Xəzərnews.az xəbər verir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan Vaşinqton görüşünə razılıq verib. Rəsmi Bakı hələlik heç bir açıqlama verməyib.

“Hazırda bu barədə məlumatımız var, Brüssellə bağlı iş heç vaxt dayanmayıb, Brüsseldə görüşün baş tutması üçün işləri davam etdirirlər”, - deyə Marukyan bildirib.

Marukyan qeyd edib ki, imzalanmağa hazır olan yekun sülh müqaviləsi layihəsi yoxdur. - "Ümid odur ki, yanvarda gözlənilən xarici işlər nazirləri səviyyəsində biz sazişin mətninin yekunlaşacağı nöqtəyə çatmalıyıq", - o əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Bakıda səfərdə olub. "Dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir", - səfərdən sonra o yazıb./Modern.az


Xəbər 3406 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +