Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq
Prezident onları təltif etdi
Ukrayna Kurskda körpünü vurdu
Ölkəyə 12 manata daxil olan kərə yağı niyə 24 manata satılır?
Nicat Quliyev sədr müavini təyin edildi
Din xadimlərini Komitə təyin edəcək
Bu vəzifənin icrası Kənan Quluzadəyə tapşırılıb
İş tapmaq niyə bu qədər çətinləşib? - Video
G7 ölkələri Ukraynaya dəstəkdə qərarsızdır
“Axmat”çıları daşıyan UAZ Xersonda partladıldı


22.04.2023  23:27 

Qeyri-neft sektorunda ciddi artım, yoxsa...





A+  A-

Son dövrlər rəsmi çıxışlarda qeyri-neft sektorunda ciddi artımın olduğu bildirilir. Amma bunun hansı amillərin təsiri altında formalaşdığını da demirlər.

İqtisadçı-ekspertlərin əsas işi sirr pərdəsinə bürünmüş həqiqətin nədən ibarət olmasını ortaya qoymaqdır.
Hərə əlinə bir mala alıb, işi malalamaq olsa, o zaman bir cəmiyyət olaraq uduzarıq. Həqiqətin nədən ibarət olduğunu aydınlaşdıra bilmərik.

ÜDM-NİN ƏSAS DRAYVERİ TİKİNTİ SEKTORU OLDUĞU ÜÇÜN

Mərkəzi Bankın rəsmi hesabatında qeyd olunur ki, ölkədə neft və qaz sektorunda 2,7 faiz kiçilmə olub. Qeyri-neft sektorunda isə 9,1 faiz böyümə olub. Nəticə etibarı ilə ümümdaxili məhsulda il ərzində nə qədər məhsul istehsal olunub, xidmət göstərilibsə bunun 52 faizi qeyri-neft sektoruna aid olub.

Burada yenə formal bir təəssurat nədən ibarət olub? Uzun müddət Azərbaycanda ümumdaxili məhsulda neft sektoru dominant aparıcı gücə sahib olandan sonra indi biz baxırıq ki, qeyri-neft sektoru ümümdaxili məhsulda 52 faizə yaxınlaşıb. Burada formal təəssürat budur ki, əslində neft və qaz sektoru ümumdaxili məhsulda öz yerini qeyri-neft sektoruna verməkdədir.

Amma, bu bir qədər deletant yanaşma olar. Profesional yanaşma budur ki, biz baxmalıyıq ki, qeyri-neft sektorunun inkişafının kökündə duran faktorlar nədən ibarətdir?

Biz baxırıq ki, ümumdaxili məhsulda qeyri-neft sektorunun əsas drayveri kimi tikinti sektoru gəlir. İşğaldan azad olunmuş bölgələrdə tikinti-quraşdırma, infrastrukturun yenilənməsi işlərinin aparılması, nəticə etibarı ilə dövlət büdcəsindən, büdcədənkənar vəsaitlər daha çox tikinti-quruculuq işlərinə sərf olunub. Nəticə etibarı ilə ölkədə qeyri-neft sektorunun əsas drayveri olan tikinti sektorunda bir yüksəliş hiss olunur. Bu da qeyri-neft sektorunun payına yazılır.

Amma, əslində turizmi, digər xidmət sektorunda, İKT sektorunda, kənd təsərrüfatı da qeyri-neft sektorun istiqaməti olmasına baxmayaraq, ümumiyyətlə ümumdaxili məhsulda qeyri-neft sektorunun parlaq vəziyyətini görə bilmirik.

İndi bildiniz ki, qeyri-neft sektorunun payının 52 faizə yüksəlməsi neftdən kənar sahə məhsullarının(kənd təsərrüfatı, sənaye, turizm, xidmət və s.) artımına görə deyil, işğaldan azad olmuş bölgələrdə tikinti-quruculuq işlərinin aparıldığına görə olub.

Bu vəsaitlər isə dövlət büdcəsindən ayrılmış kapital qoyuluşu xərclərinin artmasına görə baş verib. Bu obrazlıq desək, əjdahanın öz-özünün qidalanmasına bənzədilir.

İndi bildiniz ki, o ƏJDAHADAN BİZDƏN NİYƏ VAR?

Məhəmməd Talıblı
İqtisadçı


Xəbər 1348 dəfə oxunub.




22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu

22.05.2025  10:53 

DİN narkotik tacirini ifşa etdi

21.05.2025  20:10 

Moskvaya PUA hücumu olub

21.05.2025  17:14 

Küləkli hava şəraiti davam edir


BÜTÜN XƏBƏRLƏR +