Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


24.10.2018  16:48 

“Lotu Quli”nin adamına bəraət verildi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə “Rafət Əlibayramski” kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşı avtoritet Rüfət Əmirov, Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov və İsmayıl İbrəhimova hökm oxunub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə K.Əmirov, İ. İbrahimov və R.Kərimov hər biri 7 il, R.Əmirova 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

R. Əmirova ittiham olunduğu Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə bəraət verilib.

Rəsmi açıqlamaya görə, Şirvan şəhər sakini Rüfət Əmirovun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib. R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır. Onunla cinayətdə iştirak etməkdə şübhəli bilinən Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 29.144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə ittiham verilib. Dəstə üzvləri həmçinin, narkotik, qanunsuz silah daşıma maddələri də ittiham edlilirlər.

“Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.

Xəbər 3785 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +