Ramzan Kadırov Türkiyədə dənizdə boğuldu
İlham Əliyevin müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı
Məşhur marketdə saxta araqlar aşkarlandı
Tailand Kambocaya rəsmən müharibə elan etdi-YENİLƏNİB
Talıbovlara məxsus olmuş restorana “stop“ qoyuldu
Ağsaqqallar Şurasında 14 milyonluq dələduzluq
Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artırılır
Füzulidəki yanğın Hadruta çatır
Arif Babayev reanimasiyaya yerləşdirildi
Rusiya Xarkova 500 kiloqramlıq bomba atdı


22.07.2025  11:14 

Rusiyada OMON azərbaycanlı dəstəni saxladı





A+  A-

Rusiyanın paytaxtı Moskvada mindən çox miqrantın qanunsuz leqallaşdırılmasında şübhəli bilinən azərbaycanlılar saxlanılıb.

XəzərNews.az Lent.az-a istinadla bildirir ki, Rusiya Qvardiyasının mətbuat xidmətinin iyulun 21-də verdiyi məlumata görə, saxlanılan şəxslərdən dördü mütəşəkkil cinayətkar qrupun tərkibində qanunsuz fəaliyyətlə məşğul olub. Əməliyyatı OMON və FSB (Federal Təhlükəsizlik Xidməti) birgə keçirib.

İstintaqın məlumatına görə, qrup üzvləri saxta miqrasiya kartları və miqrantların Rusiyada 90 günə qədər qalmasına imkan verən saxta iş icazələri hazırlayıblar. Bu fəaliyyətdən əldə edilən gəlir minimum 2 milyon rubl olaraq qiymətləndirilir.

Rosqvardiya bildirir ki, saxlanılanlar 47 yaşlı Məmmədov İ.Q., 62 yaşlı Mustafayev Q.U., 62 yaşlı Rəcəbov A.R. və 34 yaşlı G.A Rəcəbli dir. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları saxta sənədlərin hazırlandığı iki gizli laboratoriyanı aşkar edərək zərərsizləşdiriblər. Həmçinin kompüterlər, möhürlər, məlumat bazaları, Mərkəzi Asiya ölkələri vətəndaşlarına məxsus pasportlar və digər qanunsuz fəaliyyətə dair sübutlar müsadirə edilib.

İdarənin İstintaq Xidməti qrup üzvlərinin hərəkətlərini Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (qanunsuz miqrasiyanın təşkili) ilə cinayət kimi təsnif edib.

Moskvanın Çertanovski Rayon Məhkəməsi təqsirləndirilən şəxsləri ittiham olunan cinayətdə təqsirli bilib. Məhkəmə İ.G. Məmmədovu 5 ilədək, A.R. Rəcəbovu, G.A. Rəcəblini 4 il, G.U. Mustafayevi isə 2 ilədək müddətə azadlıqdan məhrum edib.

Xəbər 326 dəfə oxunub.



24.07.2025  17:22 

24 saatda 79 fələstinli öldü

24.07.2025  15:06 

Ağdamda yenidən yanğın başladı

24.07.2025  12:27 

Ağdaşda ailə faciəsi yaşandı


BÜTÜN XƏBƏRLƏR +