Ərdoğan Netanyahunu tənqid etdi
İsrail İran Müdafiə Nazirliyinin binasını vurub
Bəhram Rəcəbzadə məğlubiyyətindən danışdı
Putinin səhhəti yenə gündəmdə...
İran Hörmüz boğazını bağlamağı nəzərdən keçirir
İran F-35-dən atılan İsrail pilotunu ələ keçirib
Mümkün ssenarilərə hazırlamışdıq - Hikmət Hacıyev
Ekstazi həblərini satan şəxslər saxlanıldı
Ramin Məmmədov Binədə saxlanılıb
Natanz nüvə obyektində sızma aşkar edilib


13.02.2024  11:20 

Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb





A+  A-

Növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.

XəzərNews.az xəbər verir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.

Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparıb. Fevralın 11-də Mərkəzi Seçki Komissiyasının iclasında Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin yekun nəticələrini açıqlanıb.

Yekun nəticələrə əsasən, İlham Əliyev 92,12% (4 567 458 səs) səslə seçkilərin qalibi olub.

Digər namizədlərin səs faizi aşağıdakı kimidir:

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz (107 632 səs);

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,99 faiz (98 421 səs);

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz (85 411 səs);

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz (39 643 səs);
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz (32 885 səs);

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev -0,54 faiz (26 517 səs).

Xatırladaq ki, Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76,43 faiz olub.


Xəbər 1639 dəfə oxunub.



15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi

13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir


BÜTÜN XƏBƏRLƏR +